İntihar etmək istəyən gənci polislər xilas etdi

Dünən axşam saatlarında Nizami rayonunda intihara cəhd hadisəsi baş verib.

Neftçilər dairəsi” ərazisində körpüyə çıxan şəxs intihar edəcəyini bildirib.

Onun bu yola əl atmasının səbəbi hələki bilinmir. Hadisə yerinə gələn polis əməkdaşları danışıqlardan sonra həmin şəxsi fikrindən daşındıra bilib.
  • Sosial şəbəkədə paylaş