Sumqayıtda toyda ölüm hadisəsi

Sumqayıt şəhərinin 17-ci mikrorayonunda yerləşən şadlıq saraylarından birində faciəvi hadisə baş verib.

1955-ci il təvəllüdlü Yarəliyev Əliflan Nəzər oğlu toy mərasimi zamanı oynayarkən qəfildən halı pisləşib.

Yaxınları ona kömək göstərməyə çalışsalar da, Ə.Yarəliyevin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır./
  • Sosial şəbəkədə paylaş