Naxçıvanda dəm qazı ailə faciəsinə səbəb olub

Naxçıvanda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

Hadisə Naxçıvan şəhərinin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini - 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib. Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.
  • Sosial şəbəkədə paylaş