“Qadın paltarında gizlənmək” söhbəti tarixi bilən, ən azı sovet dövründə tarix dərsi keçmiş adamların yadına Kerenskini salır.
İndiki cavanlar mütləq soruşacaq ki, Kerenski kimdir. Axtarsan, çoxu heç Lenini də tanımır (yaxşı ki), Kerenksini haradan tanısınlar?
Aleksandr Kerenski İİ Nikolaydan sonra və Lenindən qabaq Rusiyanın böyüyü olub. 1917-ci ilin bu vaxtları Rusiyada birləşmiş siyasi qüvvələr köməkləşərək çarı devirəndən sonra müvəqqəti hökumət qurulub və Kerenski əvvəlcə ədliyyə naziri, daha sonra isə baş nazir olub. O da Lenin kimi həm Simbirskdə, həm də 22 apreldə doğulubmuş – 11 il fərqlə. Amma Lenin 1917-ci ilin oktyabrında (yeni təqvimlə noyabrın 7-də) öz eloğlusunu devirib, o da məcbur olub ki, xaricə qaçsın.
Bax, hazırda Kerenskini yadımıza salan həmin qaçış hadisəsidir.
“Avrora” kreyserindən Qış sarayına atəş açaraq, hakimiyyəti gecəylə götürən bolşeviklər kişinin adına söz çıxarıblar, iddia ediblər ki, guya Kerenski Rusiyadan qadın paltarı geyərək qaçıb.
O vaxt indiki kimi olmayıb ki, adına pis söz çıxan adam dərhal təkzib xarakterli press-reliz yaysın, canlı yayım açsın, nə bilim, trollarını dəhmərləsin, onlar da o iddianın yalan olduğunu yazsınlar. Kerenski sonradan ayılıb ki, bütün Rusiya və onun işğal etdiyi ölkələrin əhalisi “qadın paltarı geyib qaçan qorxaq” deyə onu ələ salır. Aleksandr Fyodoroviç ha təkzib edib, danışıb, söylənib, xeyri olmayıb.
Bolşeviklər adamın haqqında şayiə yaymaqla qalmayıblar, bu böhtanı kitablara da salıblar və şagirdlər, tələbələr oxuyublar, inanıblar ki, Kerenski doğrudan da qadın paltarında aradan çıxıb.
Həqiqətdə isə elə olmayıb. Aleksandr Kerenski ölkədən qadın geyimində qaçmayıb. Əslində o, 25 oktyabr 1917-ci ildə Qatçinadan (Petroqrad yaxınlığında) adi hərbi formada, bəzi mənbələrə görə, dənizçi geyimində və gözünə eynək taxaraq qaçıb.
ABŞ-də uzun və sağlam ömür yaşayan Kerenski 1970-ci ildə xarici radioya verdiyi müsahibədə bir daha “qadın paltarında qaçmaq” söhbətinə qayıdıb və qətiyyətlə bildirib ki, elə söhbət olmayıb, bolşeviklər ona şər atıblar.
Bolşeviklər də bunu ona görə ediblər ki, onu nüfuzdan salsınlar, lağlağı hədəfi etsinlər, “qorxağın biri” olduğunu göstərsinlər.
Göründüyü kimi, o mif 109 ildir yaşayır, hansısa ölkədə kimsə məcburiyyət üzündən qadın paltarıyla kamuflyaj olunmaq istəsə dərhal yada Kerenski düşür.
Düzünə qalsa, qadın paltarıyla maskalanmaq yaxşı iş deyil, baş töhmətidir, unudulmur. Geniş ictimaiyyət də bu fikirdədir ki, qadın paltarında gizlənməkdənsə, kişi kimi qabağa durub və qolları qoşalayaraq irəli uzatmaq, qandallanaraq içəri getmək və türmədə yatmaq yaxşıdır.
Bir özünüz fikirləşin, o vaxt Nelson Mandela qadın paltarı geyib aradan çıxsaydı, dünyaca məşhur olardımı, 27 il içəridə yatandan sonra azadlığa çıxıb prezident ola bilərdimi? Əsla ola bilməzdi. Qadın paltarı geymək ona baha başa gələrdi.
Amma can qorxusu pis şeydir. Heç kim tutulmaq istəmir. Nelson Mandela olmaq isə çox çətindir.
Elə adamlar var ki, boğazlarına diri ilan salsan, divara söykəyib güllə qabağına qoysan, yenə də nəinki qadın paltarı geyməz, heç qadın aksessuarından da istifadə etməz. Adam da var ki, can qorxusundan hər şey edər. Allah heç kafir bəndəni belə seçim qarşısında qoymasın.
Yadınızdadırsa, keçən il kriminal avtoritetə qarşı pis-pis danışan birini tutub əyninə zorla gəlinlik geyindirmişdilər. Bu əməl törədənlərin hamısını tutdular. Çünki kişiyə qadın paltarı geydirmək cinayətdir.
Ancaq adam özü qadın paltarı geyirsə, qanun bunu qadağan etmir. Könüllülük şərtdir. Aktyorlar da tez-tez qadın qılığına girirlər və bu, elə startdaca gülüş doğurur. Hərçənd onlar da tənqid olunur. Hətta bu cəmiyyət artistlərin də rol gərəyi qadın paltarı geyməsinə də pis baxır. Kimsə onların sənətini tənqid etmək istəyəndə birinci sözü belə olur: “Arvad paltarı geyib təlxəklik edirlər”.
Xalq heç onu da nəzərə almır ki, bəzən bir kişi qadın paltarını üzrlü səbəbdən geyə, buna məcbur ola bilər. Patriarxal cəmiyyətdir, nə edək? Qəbul etmir.
Düzü, Emin Hüseynovun o vaxt İsveçrə səfirliyinə hansı qılıqda daxil olduğu barədə əlimdə səhih dəlil-sübut yoxdur, amma and içənlər var ki, filmlərdəki bir şey olub.
Çətin məsələdir. Yazıq Kerenski 53 il boyunca and içdi ki, elə şey olmayıb. Hətta bu söhbət ona hakimiyyəti itirməsindən daha pis təsir edibmiş.