Bakıda yaşayış binasında yanğında xəsarət alanların sayı artdı

Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanındakı yaşayış binasında xəsarət alanların sayı səkkizə çatıb.

Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatına istinadən xəbər verir.

Məlumatda bildirilir ki, yanğınla bağlı çağırış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:10-da daxil olub:

"Çağırış ünvanına dörd təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən səkkiz nəfər (üç kişi, beş qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.

Pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.

Hazırda pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir".
  • Sosial şəbəkədə paylaş