Yol polisi halı pisləşən sürücünü xəstəxanaya çatdırdı

Yolda halı pisləşən sürücü Yol Patrul Xidməti (YPX) əməkdaşlarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Bu barədə Baş DYP İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Rövşən Tağıyev sosial şəbəkə hesabında paylaşım edib.

Hadisə Şəmkir rayonu ərazisində baş verib. Halı pisləşən xəstə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra yaxınlarına onunla bağlı məlumat verilib.
  • Sosial şəbəkədə paylaş