Bu gün Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi qeyd olunur.
Dövlət qulluqçularının peşə bayramı Prezident İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis olunub. Dövlət xidmətinin demokratik, hüquqi və dünyəvi dövlətin yaradılmasındakı rolu və BMT Baş Məclisi tərəfindən iyunun 23-nün Birləşmiş Millətlər Təşkilatının Dövlət Qulluğu Günü elan edilməsi nəzərə alınaraq, həmin tarix ölkəmizdə dövlət qulluqçularının peşə bayramı günü kimi elan edilib.