12 yaşlı uşaq kanalda batdı

Samux rayonunda bir nəfər su kanalında batıb.

Hadisə rayonun Şəmkir su kanalının Qarabağlar kəndindən keçən hissəsində qeydə alınıb.

Batan şəxsin 2014-cü il təvəllüdlü M. Mudayev olduğu bildirilir.

Hadisə yerinə polis, prokurorluq və Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri cəlb olunub. Axtarışlar davam edir.
  • Sosial şəbəkədə paylaş