Sabirabadda ağır yol qəzası: 1 ölü, 2 yaralı

Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun Sabirabadın Nizami kəndi ərazisindən keçən hissəsində baş verən qəza zamanı Saatlı rayonunun Əliabad kənd sakini, 1985-ci il təvəllüdlü Məmmədov Elmar Müslüm oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə Hacıqabul rayonunun Muğan qəsəbə sakini, 1991-ci il təvəllüdlü Həsənov Amil Telman oğlunun idarə etdiyi “Renault” markalı avtomobil toqquşub. Hadisə nəticəsində Saatlı rayonunun Əliabad kənd sakini, 1991-ci il təvəllüdlü Mehtiyeva Fəridə Ənvər qızı ölüb. Xəsarət alanlar Saatlı rayonunun Əliabad kənd sakini, 2021-ci il təvəllüdlü Mehtizadə Mirəli Hikmət oğlu və Mingəçevir şəhər sakini, 1965-ci il təvəllüdlü Hüseynova Səfurə Əli qızı xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.
  • Sosial şəbəkədə paylaş