HƏMAS lideri bu ölkədə DƏFN OLUNACAQ

Sabah Tehranda HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Həniyənin cənazəsi ilə vida mərasimi olacaq.

Media xəbər verir ki, bu barədə “Shahrara News” məlumat yayıb.

Qeyd olunub ki, Tehran sakinləri bu gün Fələstin meydanında saat 17:00-da HƏMAS liderinə qarşı törədilən terror aktını pisləmək üçün aksiya keçirəcəklər.

Qətərin hökumət mənbələri bildirir ki, İsmayıl Həniyə avqustun 2-də bu ölkənin paytaxtı Dohada torpağa tapşırılacaq.
  • Sosial şəbəkədə paylaş