Bosniya və Herseqovinada məktəbdə atışma olub, ölənlər və yaralılar var

Qeyri-rəsmi məlumatlara görə, Sanski Most şəhərindəki orta məktəbdə baş verən atışma nəticəsində azı iki nəfər - məktəb direktoru və katib həlak olub. Bir neçə yaralının olduğu da bildirilir.

Yerli polis hadisəni törədən şəxsin təhsil müəssisəsinin əməkdaşı olduğunu bildirib. O, özünü güllələyib və ağır vəziyyətdə xəstəxanaya aparılıb.
  • Sosial şəbəkədə paylaş