Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 450 yaralı var

Livanda rabitə cihazlarında baş verən yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb.

Bu barədə “Al Mayadeen” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, azı 450 nəfər yaralanıb.

Bundan əvvəl Livanın müxtəlif bölgələrində partlayış səsləri eşidilib. “Al Hadath” telekanalının məlumatına görə, bu dəfə mobil telefonlar, barmaq izi cihazları, günəş panelləri və litium-ion batareyaları ilə işləyən cihazlar partlayışlara səbəb olub.
  • Sosial şəbəkədə paylaş