İqlim maliyyəsi Almaniya üçün prioritet olub və olaraq qalır.
Bunu Almaniyanın Xarici İşlər Nazirliyinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi nümayəndəsi, dövlət katibi Cennifer Morqan Bakıda keçirilən Pre-COP29-un ikinci günü çərçivəsində iqlim və inkişaf üzrə nazirlərin görüşündə (C&DM) deyib.
O qeyd edib ki, Almaniya Uyğunlaşma Fondunun ən böyük donorudur: “Ümid edirik ki, qarşıdan gələn COP-da biz bu fonda töhfələrin həcmini artıra biləcəyik. İnkişaf Nazirliyimiz tərəfindən həyata keçirilən maliyyələşdirmənin böyük hissəsi “tələb-kredit/təklif” prinsipi əsasında həyata keçirilir. Buna görə də, uyğunlaşma tələbi nə qədər çox olarsa, bir o qədər də maliyyələşmə genişlənəcək”.