Netanyahu BMT-nin baş katibinə ÇAĞIRIŞ ETDİ

İsrailin baş naziri Benyamin Netanyahu BMT-nin baş katibi Antonio Quterreşi sülhməramlıları Livanın cənubundakı döyüş zonasından çıxarmağa çağırıb.

BMT-nin Livandakı qüvvələri 48 ölkədənğ 11 minə yaxın əsgər və mülki işçidən ibarətdir.

Onlar BMT Təhlükəsizlik Şurasının 1978-ci il mart tarixli qətnaməsinə uyğun olaraq yerləşdirilib.

Bundan əvvəl 40 ölkə İsrail ordusunun sülhməramlılara zərbələr endirməsi ilə bağlı xəbərlər fonunda İsraili pisləyən birgə bəyanat imzalayıb.
  • Sosial şəbəkədə paylaş