Gürcüstan MSK sədrinə mühafizə xidməti təyin edilib

Gürcüstan Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişviliyə parlament seçkilərinə 10 gün qalmış dövlət mühafizə xidməti təyin edilib.

Bildirilib ki, bu il oktyabrın 26-da Gürcüstan parlamentinə keçiriləcək növbəti seçkilərlə əlaqədar müvafiq şərtlər əsasında cari il ərzində zərurət başa çatanadək Mərkəzi Seçki Komissiyasının sədri Giorgi Kalandarişvilinin təhlükəsizliyi dövlət mühafizə xidmətinə həvalə edilib.
  • Sosial şəbəkədə paylaş