İlon Mask: Belə getsə, ABŞ iflas olacaq

Əgər dövlət xərclərini kökündən azaltmasa, ABŞ faktiki iflas olacaq.

Bu fikrin müəllifi ABŞ-ın ixtiraçı milyarderi İlon Maskdır.

Mask bununla bağlı fikirlərini özünün sahibi olduğu “X” sosial şəbəkəsindəki hesabında bölüşdürüb.

X-dakı mesajında o, ölkənin iqtisadi vəziyyətinin böyük borc altına girən adama bənzədiyini vurğulayıb.

"Dövlət xərclərinin kəskin azaldılmasa ABŞ-ı iflas gözləyir" deyə Mask vurğulayıb.
Amerikalı milyarderin sözlərinə görə, dövlət borcunun üzərinə gələn faizlər sürətlə bütün vergi gəlirlərini “yeyir” və ölkənin kritik ehtiyaclarını ödəmək üçün heç bir vəsait qoymur.
  • Sosial şəbəkədə paylaş