2 nəfəri öldürmək üçün 100 qırıcı - İsrail müxalifəti İrana hücumu PİSLƏDİ

İsrailin Tehranın oktyabrın 1-də həyata keçirdiyi raket hücumuna cavab zərbələri İsrail parlamentdəki müxalifəti razı salmayıb. Belə ki, müxalifət İrana zərbələri “çox təmkinli” hesab edib. Kinnesetdə ən böyük fraksiya olan “Yeş Atidin”nin rəhbəri Yair Lapid deyib ki, İrandakı strateji və iqtisadi hədəflərə hücum etməmək qərarı yanlışdır. Onun sözlərinə görə, İsrail Tehrana “daha ciddi bədəl ödətməli” idi.

“The Jerusalem Post” İrana hücumda 100-dən çox təyyarənin iştirak etdiyini yazıb. “The New York Times” qəzeti də öz növbəsində İsrail ordusunun 20-yə yaxın hədəfi vurduğu xəbəri rəsmi təsdiqini tapmayıb. İran hərbçiləri bildiriblər ki, İsrailin müdaxiləsi “məhdud ziyan” verib və onun dəqiq ölçüsü müəyyənləşdirilir. “Mehr” agentliyinin məlumatına görə, hava hücumu nəticəsində İran hərbçiləri 2 nəfər həlak olub. Neft Nazirliyi də öz növbəsində İranın neft sənayesi obyektlərinə ziyan dəymədiyini bəyan etməyə tələsdi.

İsrailin hücumu İranın gündəlik həyatına faktiki olaraq heç bir təsir göstərməyib. Belə ki, ölkədəki təhsil müəssisələrinin adi qaydada fəaliyyətini dayandırmayıb, ölkədə hava hərəkəti demək olar ki, dərhal bərpa edilib.

Mediada gözlənilən hücumla bağlı İranı əvvəldən xəbərdar edildiyi barədə məlumatlar da var. Axios portalının məlumatına görə, İsrail Hollandiya vasitəsilə Tehrana xəbərdarlıq edib. Təsadüfi deyil ki, hava hücumundan bir neçə saat əvvəl krallığın xarici işlər naziri Kaspar Veldkamp İranın xarici işlər naziri ilə müharibə və regionda artan gərginlik barədə danışdığını bildirib. Bundan əlavə, “Sky News Arabia”nın məlumatına görə, İran xarici vasitəçi vasitəsilə İsrailə onun gecə bombardmanlarına cavab vermək planının olmadığını bildirib.
  • Sosial şəbəkədə paylaş