ABŞ prezidenti Co Baydenin administrasiyası zəifləmiş İranın nüvə silahı yaratmaq qərarına gələ biləcəyindən narahatdır.
Bu barədə Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bazar günü CNN telekanalına müsahibəsində deyib.
Sallivan “İsrailin raket fabrikləri və hava hücumundan müdafiə vasitələri də daxil olmaqla, İran ərazilərinə son zərbələrinə” istinad edərək, Tehranın “konvensional imkanları”nın da azaldığını bildirib.
“İranda” bəlkə biz indi nüvə silahı yaratmalıyıq?" Biz nüvə doktrinamızı yenidən nəzərdən keçirməli ola bilərik", kimi düşüncələr oyana bilər", - deyə ABŞ rəsmisi qeyd edib. Ağ Ev rəsmisinin sözlərinə görə, indi İranın “nüvə silahı yaratmayacağıq” mövqeyinə yenidən baxacağı ilə bağlı “real risk” mövcuddur.
Bu açıqlamaların ardından bir sıra suallar ətrafında geniş müzakirələr açılıb. Məlumdur ki, cənub qonşumuz son olaraq, Suriyada mövqelərinin böyük qismini itirmiş oldu. Suriyanın keçmiş prezidenti Bəşər Əsədin Moskvaya qaçışını Rusiya ilə yanaşı İranın məğlubiyyəti kimi görənlər daha çoxdur. Eyni zamanda 10 ildən çoxdur İran ciddi sanksiyalar altındadır. Rəsmi Tehran son aylarda İsrailin hücumları ilə də ara-sıra üzləşməkdədir.