Böyük Britaniya Ukraynaya yeni silahlar verir – Baş nazir açıqladı

Böyük Britaniyanın baş naziri Keir Starmer yeni mobil hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verildiyini açıqlayıb.

“Reuters”in məlumatına görə, müvafiq bəyanat Kiyevdə Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı verilib.

Britaniya hökuməti başçısının sözlərinə görə, sistemin xüsusiyyətləri “Ukraynanın ehtiyaclarını ödəyəcək”.
  • Sosial şəbəkədə paylaş