Ərdoğanın baş müşaviri VƏFAT ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri və Prezident yanında İqtisadi Siyasət Şurasının üzvü Yiğit Bulut bu gün – 11 iyul 2025-ci il tarixində vəfat edib.

53 yaşlı Bulut bir müddətdir mədəaltı vəzi xərçəngi diaqnozu ilə müalicə alırdı.

Son həftələrdə onun səhhətində ciddi pisləşmə müşahidə olunmuşdu.

Onun ölüm xəbərini Türkiyənin keçmiş daxili işlər naziri Süleyman Soylu sosial media hesabında təsdiqləyib.
  • Sosial şəbəkədə paylaş