ABŞ fondları Ukraynanın ən böyük taxıl terminallarından birinə nəzarəti ƏLƏ KEÇİR

ABŞ-ın "Argentem Creek" və "Innovatus Capital" investisiya fondları Ukraynanın Odessa limanında yerləşən və ölkənin ən iri taxıl terminallarından biri sayılan "Olimpex" terminalına məhkəmə yolu ilə nəzarəti ələ keçirib.

Məlumata görə, terminalın illik taxıl emal gücü 5 milyon tona qədərdir.

ABŞ fondlarının terminal üzərində nəzarət hüququ, girov qoyulmuş taxılla bağlı fırıldaqçılıq ittihamları üzrə uzunmüddətli məhkəmə çəkişməsinin nəticəsində təmin olunub.
  • Sosial şəbəkədə paylaş