Ermənistanın sabiq deputatı və baş konsulu Ruben Akopyan həbs edildi

Ermənistanın keçmiş deputatı və Sankt-Peterburqdakı sabiq baş konsulu Ruben Akopyan İrəvanda həbs olunub.

Ona qarşı hakimiyyətin devrilməsinə açıq çağırışlar ittihamı irəli sürülüb.

Erməni istintaq orqanlarının məlumatına görə, ittihama əsas verən sübut 2025-ci il iyulun 1-də yayımlanmış müsahibədir. Məhkəmə qərarı ilə Akopyan barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ruben Akopyan Ermənistan parlamentinin dörd çağırış deputatı olub. O, 2000–2008-ci illərdə Ermənistanın Sankt-Peterburqdakı baş konsulu vəzifəsini icra edib. Hazırda istintaq davam edir.
  • Sosial şəbəkədə paylaş