Kürdəmir rayonunda kütləvi zəhərlənən şəxslərin sayı 24 çatıb.
Bu barədə TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, zəhərlənən şəxslərdən 6 uşaq olmaqla, 14-ü qadın, 10 nəfəri isə kişilərdir.
Hazırda bütün xəstələr ambulator müalicə üçün evə buraxılıb.
***
Kürdəmir rayonu, Xırdapay kəndində fəaliyyət göstərən fiziki şəxs Əzizov Elşən Qıtan oğluna məxsus "Naftalan" ailəvi restoranda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən aidiyyəti qurumlarla birgə araşdırmalara başlanılıb.
Agentliyin mütəxəssisləri hadisə yerinə baxış keçirib, istehlak edilən qidalardan nümunələr götürüb və laborator müayinələrə cəlb edib. Tibb müəssisəsindən verilən məlumata görə, zərərçəkənlərə ilkin tibbi yardım göstərildikdən sonra hamısı evə buraxılıb.
İstirahət mərkəzinin fəaliyyəti məhdudlaşdırılıb.
Faktla bağlı araşdırmalar davam edir.