Niderland Ukraynaya 500 milyon avro dəyərində ABŞ silahları verəcək



Digər ölkələr
4 avqust 2025 21:40
Niderland Ukraynaya 500 milyon avro dəyərində ABŞ silahları verəcək

Niderland Ukraynaya "Patriot" sisteminin komponentləri və raketləri də daxil olmaqla, 500 milyon avro dəyərində ABŞ silahları verəcək.

Bu barədə Ruben Brekelmans "X" sosial şəbəkəsində məlumat verib.

"Ukraynanın təcili olaraq əlavə hava hücumundan müdafiə sisteminə və döyüş sursatına ehtiyacı var. Niderland 500 milyon avro dəyərində ABŞ silahlarını ("Patriot" sisteminin komponentləri və raketləri də daxil olmaqla) təqdim edən ilk NATO ölkəsi oldu", - o qeyd edib.

R. Brekelmansın sözlərinə görə, silahların tədarükü Ukraynaya təkcə ölkənin deyil, bütün Avropanın təhlükəsizliyini təmin etməyə kömək edəcək.
  • Sosial şəbəkədə paylaş