Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul 7 il müddətinə azadlıqdan məhrum edilib.

O, 2023-cü il seçki kampaniyasının qeyri-qanuni maliyyələşdirilməsində təqsirli bilinib.

Bundan əlavə, rusiyayönlü “Şor” partiyasının sabiq katibi Svetlana Propan da 6 il həbs cəzasına məhkum olunub.

Hər iki şəxs hökmün icrası üçün məhkəmə zalından mühafizə altında aparılıb.
  • Sosial şəbəkədə paylaş