ABŞ-də hərbi hissədə atışma: Ölənlər var

ABŞ ordusunun Corciyadakı Fort Stüart hərbi obyektində silahlı insident baş verib.

İlkin məlumata görə, 5 nəfər ölüb.

Hərbi bazanın rəsmi "Facebook" hesabından edilən yazılı açıqlamada silahlı hücuma görə bazaya giriş-çıxışın bağlandığı qeyd edilib.

Fort Stüart bir neçə min əsgərin yerləşdiyi əsas ABŞ bazalarından biridir. Yanvar ayında bazada hərbi təlim zamanı iki əsgər həlak olub.
  • Sosial şəbəkədə paylaş