Pakistanda "Təhrik-i-Taliban" qruplaşmasının 50 yaraqlısı öldürülüb

Pakistanın təhlükəsizlik qüvvələri Əfqanıstanla həmsərhəd olan Bəlucistan əyalətində "Təhrik-i-Taliban Pakistan" qruplaşmasının 50 yaraqlısını öldürüb.
Bu barədə “Arab News” qəzeti Pakistan Silahlı Qüvvələrinin ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.

Qeyd olunub ki, 7-9 avqust tarixlərində təhlükəsizlik qüvvələri Sambaza bölgəsində 47 yaraqlını məhv edib, avqustun 10-da isə Pakistan-Əfqanıstan sərhədi boyunca keçirilən əməliyyat zamanı daha 3 yaraqlı öldürülüb.

"Silah, sursat və partlayıcı maddələr müsadirə edilib. Təhlükəsizlik qüvvələri milli sərhədlərin təhlükəsizliyini təmin etməyə və Pakistanda sülh, sabitlik və tərəqqiyə mane olmaq cəhdlərinin qarşısını almağa sadiqdir", - məlumatda bildirilib.
  • Sosial şəbəkədə paylaş