Ərdoğan CHP sədrini məhkəməyə verdi – 1 milyon təzminat TƏLƏB EDİR

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özelə qarşı 1 milyon türk lirəsi (təxminən 24 500 dollar) məbləğində mənəvi təzminat tələbi ilə məhkəməyə müraciət edib.

İddia Ankara Birinci İnstansiya Mülki Məhkəməsində qaldırılıb.

Vəkilin sözlərinə görə, məhkəməyə səbəb Özelin 2025-ci il avqustun 13-də İstanbulun Bayrampaşa rayonunda keçirilən mitinqdə prezidentə qarşı səsləndirdiyi “yersiz açıqlamalar və əsassız ittihamlar”, eləcə də həmin gün mətbuata verdiyi açıqlamalar olub.

Bundan başqa, Özelin prezidentə qarşı təhqir etdiyinə görə Ankara Baş Prokurorluğunda cinayət işi də açılıb.
  • Sosial şəbəkədə paylaş