Qazaxıstanda təyyarə QƏZASI - Ölənlər var

Qazaxıstanın Akmola vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.

Media zakon.kz-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin Qəzaların Araşdırılması Departamentinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, uçuşu zamanı yüngül mühərrikli "Aerostar R40F UP-LA229" təyyarəsi qəzaya uğrayıb. Aviasiya qəzalarının araşdırılması qaydalarına uyğun olaraq, komissiya yaradılıb.
Məlumata görə, qəza nəticəsində bir pilot və bir sərnişin ölüb. Uçuşun özəl reys olduğu bildirilir.
  • Sosial şəbəkədə paylaş