Ryazanda barıt sexində partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb

Rusiyanın Ryazan vilayətində yerləşən "Elastik" zavodunun barıt sexində baş verən yanğın və partlayış nəticəsində ölənlərin sayı 23 nəfərə çatıb.

Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Rusiya FHN-in mətbuat xidməti məlumat yayıb.

"Xilasedicilər dağıntılar altından daha iki nəfərin meyitini çıxarıblar. Bir yaralı xəstəxanada vəfat edib. Ölənlərin ümumi sayı 23 nəfərə çatıb", - məlumatda bildirilib.

Daha əvvəl hadisə ilə əlaqədar avqustun 18-də vilayətdə matəm elan edildiyi bildirilmişdi.
  • Sosial şəbəkədə paylaş