ABŞ administrasiyası Venesuelaya mümkün hərbi əməliyyatları müzakirə etmək üçün Belay evdə bir neçə yüksək səviyyəli iclas keçirib. "Reuters"ə istinadən xəbər verir ki, bu həftə yüksək rütbəli rəsmilər üç dəfə toplaşaraq potensial hərbi ssenariləri nəzərdən keçiriblər.
CBS News isə bildirir ki, ABŞ Puertoriko yaxınlığında uzun müddət bağlanmış Ruzvelt-Rouds hərbi-dəniz bazasını yenidən açıb. Bu addım Venesuela sahillərinə yaxın bölgədə hərbi qüvvələrin geniş miqyaslı yerləşdirilməsinin göstəricisidir.
Ekspertlər qeyd edirlər ki, bu cür hərəkətlər bölgədə gərginliyi artırır və beynəlxalq səviyyədə yeni qarşıdurmaların yaranmasına səbəb ola bilər.