BMT Təhlükəsizlik Şurası Qəzzaya dair ABŞ qətnaməsini qəbul etdi

BMT Təhlükəsizlik Şurası ABŞ-ın Qəzza zolağındakı münaqişəni həll etmək planına dair qətnaməni qəbul edib.

ABŞ tərəfindən təqdim olunan qətnamənin3 ölkə lehinə səs verib, ikisi - Çin və Rusiya - bitərəf qalıb. Sənədin əleyhinə çıxan olmayıb.

Qətnamə ABŞ prezidenti Donald Trampın oktyabr ayında təqdim etdiyi sülh planınını icrasının növbəti mərhələsini nəzərdə tutur. Layihədə İsrail, Misir və Qəzza zolağını silahsızlaşdırmaq üçün yeni Fələstin polis qüvvələri ilə əməkdaşlıq edəcək Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin (BSAQ) yaradılması təklif olunur. Qətnamədə həmçinin 2027-ci ilə qədər anklavda keçid hökuməti kimi fəaliyyət göstərəcək "Sülh Şurası"nın yaradılması da nəzərdə tutulur. Trampın ona rəhbərlik etməsi gözlənilir.

Qeyd edək ki, HƏMAS Amerika layihəsinə qarşı çıxaraq onu "Qəzza zolağını başqa bir işğal formasına məruz qoymaq cəhdi" adlandırıb. Hərakata görə, anklavdakı istənilən beynəlxalq qüvvə birbaşa BMT-yə hesabat verməli və Fələstin qurumları ilə əməkdaşlıq etməlidir.
  • Sosial şəbəkədə paylaş