Yaponiyada təyyarə qəzası: Bütün sərnişinlər həlak olublar

Yaponiyanın Fukuoka prefekturasında təyyarənin qəzaya uğraması nəticəsində göyərtədəki bütün sərnişinlər həlak olublar.

Bu barədə "Kyodo News" agentliyi məlumat yayıb.

Bildirilir ki, qəzaya uğrayan "Cirrus SR20" təyyarəsinin göyərtəsində üç kişi olub. Hava gəmisinin ciddi zərər gördüyü qeyd edilir, o qismən yanıb, hər iki qanadı sınıb.

Təyyarə Saqa aeroportundan havaya qalxdıqdan qısa müddət sonra qəza siqnalı göndərib, ardından onunla əlaqə kəsilib.
  • Sosial şəbəkədə paylaş