ABŞ rəsmi olaraq Venesuela “Günəş Karteli”ni xarici terrorçu qruplar siyahısına əlavə edib.
Məlumatı Dövlət Departamenti yayıb. Vaşinqton bu təşkilatın Venesuela ordusu və hökuməti ilə əlaqəli olduğunu, lakin ABŞ-da bu kartel haqqında çox az məlumatın mövcudluğunu vurğulayır.
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, "bu təşkilatın siyahıya daxil edilməsini tənzimləyən bütün şərtlərə cavab verdiyinə dair kifayət qədər dəlil var".
ABŞ hakimiyyəti bildirir ki, “Günəş Karteli” Venesuela prezidenti Nikolas Maduro və daxili işlər naziri Diosdado Kabellonun rəhbərliyi altında fəaliyyət göstərsə də, əsasən Venesuela ordusuna bağlıdır.
Venesuela "Günəş Karteli" adlı təşkilatın mövcud olmadığını açıqlayıb.