ABŞ Prezidenti sığınacaq müraciətləri bağlı fasilənin müddətsiz ola biləcəyini açıqlayıb

“Sığınacaq müraciətləri ilə bağlı bütün qərarlara tətbiq edilən fasiləsinin vaxt məhdudiyyəti yoxdur”.

Bunui ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. O, bunun uzun müddət çəkə biləcəyini istisna etməyib.

"Biz bu insanları istəmirik. Bizim kifayət qədər problemimiz var. Onlar bizə dost olmayan ölkələrdən olan insanlardır. Düşünmürəm ki, onlar hamısı üçüncü dünya ölkələridir, amma bir çox hallarda bu, belədir. Onlar yaxşı ölkələr deyil. Onlar cinayətkarlıqla dolu ölkələrdir”, - deyə Tramp əlavə edib.
  • Sosial şəbəkədə paylaş