İsrail tamamilə qadınlardan ibarət yeni döyüş bölməsi yaradır

İsrail Müdafiə Qüvvələri gələn ay tamamilə qadınlardan ibarət döyüş bölməsi yaradacağını açıqlayıb.

Ölkənin Livanla sərhədində yerləşəcək həmin bölmə kəşfiyyat, həmçinin ön xətt təhlükəsizliyi vəzifəsini yerinə yetirəcək.

İsrail Müdafiə Qüvvələri bildirir ki, qadın döyüşçülərin sayı 2020-ci ildən bəri iki dəfə artırılaraq 2025-ci ildə 8 min 500-ə çatdırılıb və bu addım əməliyyat hazırlığını gücləndirmək üçün görülən genişmiqyaslı islahatların bir hissəsidir.
  • Sosial şəbəkədə paylaş