Aralıq dənizində 5 maqnitudalı zəlzələ baş verib

Aralıq dənizinin Girit adası sahillərində 5 maqnitudalı zəlzələ baş verib.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələ Yerin 9,19 km dərinliyində olub. Dağıntı və ya tələfat barədə məlumat yoxdur.
  • Sosial şəbəkədə paylaş