Əfqanıstan hakimiyyəti milli iqtisadiyyata xarici investisiyaların cəlb edilməsi üçün təşəbbüslə çıxış edib.
Məlumat ölkənin Baş nazir müavininin ofisinin açıqlamasında yer alıb. Bildirilir ki, xarici vətəndaşlara investisiya müqabilində on ilə qədər müddətdə Əfqanıstanda yaşayış icazəsi veriləcək.
Məsələ Baş nazirin iqtisadi məsələlər üzrə müavini Əbdül Qəni Bəradərin sədrliyi ilə İqtisadi Komissiyada müzakirə olunub: "Marmarin Sarayında keçirilən İqtisadi Komissiyanın iclasında xarici investorlara Əfqanıstana investisiya müqabilində bir ildən on ilə qədər yaşayış icazəsi verilməsi təklifi müzakirə edilib... Hərtərəfli müzakirələrdən sonra təklif təsdiqlənib".
İnvestisiya Komitəsinə xarici investorların kateqoriyalarını və onların yaşayış icazələrinin etibarlılığını müəyyən etmək üçün investisiyalarının həcmini nəzərə alaraq aydın meyarlar hazırlamaq tapşırılıb. Komitənin komissiyanın növbəti iclasında ətraflı hesabat təqdim etməsi gözlənilir.