Azərbaycan vətəndaşları və şirkətləri tərəfindən Ukraynada enerji infrastrukturunun bərpası üçün göndərilən enerji avadanlıqları İrpen şəhərinə təhvil verilib.
AZƏRTAC xəbər verir ki, enerji avadanlıqlarının təhvilvermə mərasimində Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev, Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik, Ukraynanın ölkəmizdəki səfiri Yuri Qusev iştirak ediblər. Tədbirdə bildirilib ki, bu dəfə Azərbaycan tərəfindən 17 müxtəlif enerji generatoru, 4 portativ enerji sistemi və 3 istilik qurğusu göndərilib. Qeyd edilib ki, bu yardım Ukrayna üçün çətin dövrdə əsl həmrəyliyin və qardaşlıq yardımının daha bir parlaq nümunəsidir. Bu enerji avadanlıqları əsasən Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin istifadəsinə veriləcək.
Kiyev vilayət Hərbi Administrasiyasının rəhbəri Mikola Kalaşnik açıqlamasında Rusiyanın Ukraynaya qarşı müharibəsinin başlanğıcından bəri göstərdiyi uzunmüddətli dəstəyə görə, Azərbaycan xalqına və hökumətinə təşəkkür edib.