İran prezidenti Məsud Pezeşkian qoruma adı altında faktiki hakimiyyət qollarından təcrid edilib.
Bu barədə siyasi analitik və İran dilində yayımlanan peyk kanalı "Iran International"ın (London) baş redaktoru Əlihüseyn Qazizadə "X" şəbəkəsindəki paylaşımında bildirib.
Qazizadə qeyd edir ki, İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani tərəfindən elan edilən İdarəetmə Şurası “sadəcə İslam İnqilabı Keşikçiləri Korpusunun korrupsiyalaşmış oliqarxiyası üçün örtük funksiyasını yerinə yetirir”.
Məlumata görə, İran hökuməti faktiki olaraq Birinci vitse-prezident Məhəmməd Rza Arif tərəfindən idarə olunur. Konstitusiyaya əsasən, keçid dövründə ölkəni idarə etməli olan Liderlər Şurası isə Laricani və İran Məclisinin sədri Qalibafın nəzarətindədir.