İranda yeni ali dini lider rəsmən elan edildi

İranın Ekspertlər Şurası ölkənin yeni ali dini lideri kimi Müctəba Xameneinin seçildiyini rəsmi şəkildə açıqlayıb.

Məlumata görə, İran konstitusiyasına uyğun olaraq ali dini liderin seçilməsi səlahiyyəti 88 nəfərdən ibarət olan Ekspertlər Şurasına məxsusdur. Şura üzvlərinin keçirdiyi səsvermə nəticəsində mərhum ali lider Əli Xameneinin oğlu Müctəba Xamenei bu vəzifəyə seçilib.

Bu barədə məlumat ilk olaraq müxtəlif beynəlxalq media qurumlarında və sosial şəbəkələrdə yayılıb. Daha sonra İranla əlaqəli bəzi kanallar və informasiya mənbələri də bu xəbəri təsdiqləyən məlumatlar yayıb.
  • Sosial şəbəkədə paylaş