Türkiyə Şimali Kiprdə 6 ədəd qırıcı təyyarə və hava hücumundan müdafiə sistemləri yerləşdirib

Türkiyə Silahlı Qüvvələrinin komandanlığı Şimali Kipr Türk Cümhuriyyətinə (ŞKTC) altı ədəd F-16 qırıcı təyyarəsinin göndərilməsi barədə qərar qəbul edib.

Türkiyənin Müdafiə Nazirliyindən verilən xəbərə görə, təyyarələrlə yanaşı, martın 9-dan etibarən adada hava hücumundan müdafiə sistemləri də yerləşdirilib.

Qeyd olunub ki, qərar regionda baş verən son hadisələr fonunda ŞKTC-nin təhlükəsizliyinin mərhələli şəkildə təmin olunması tədbirləri çərçivəsində qəbul edilib.

Türk Kiprinin müdafiəsi üzrə mərhələli plan çərçivəsində əlavə tədbirlərin görülməsi də istisna edilmir.
  • Sosial şəbəkədə paylaş