İranın İsrailin Arad şəhərinə endirdiyi zərbə nəticəsində 60-dan çox şəxs yaralanıb

İsrailin cənubundakı Arad şəhərinə raket hücumu nəticəsində ən azı 64 nəfər xəsarət alıb.

Bu barədə “Magen David Adom” təcili tibbi yardım xidməti məlumat yayıb.

“Xəstəxanalara 64 yaralı çatdırılıb, onlardan 7-nin vəziyyəti ağır, 15 nəfərin vəziyyəti orta ağır, 42 nəfərin isə yüngüldür”, – deyə açıqlamada bildirilib.
  • Sosial şəbəkədə paylaş