ABŞ-ın "F-18" qırıcısı vuruldu

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yaydığı son məlumat bölgədə gərginliyi daha da artırıb.

Qurum ABŞ-a məxsus bir ədəd F-18 döyüş təyyarəsinin vurulduğunu iddia edib.

Açıqlamada bildirilir ki, qırıcı “ölkənin vahid hava hücumundan müdafiə şəbəkəsi” çərçivəsində fəaliyyət göstərən Bəsic qüvvələrinin HHM vasitələri tərəfindən hədəfə alınıb və zərbə ilə sıradan çıxarılıb.

  • Sosial şəbəkədə paylaş