Pentaqon İranda bir neçə həftəlik quru əməliyyatına hazırlaşır

"The Washington Post" qəzetinin mənbələrinə görə, "Amerika əsgərləri və dəniz piyadaları Yaxın Şərqə gəldikcə, Pentaqon İranda bir neçə həftə davam edə biləcək quru əməliyyatlarına hazırlaşır. Prezident Donald Tramp gərginliyi artırmaq qərarına gələrsə, bu, müharibədə təhlükəli yeni bir mərhələni qeyd edə bilər". Nəşr bildirir ki, potensial quru əməliyyatları Amerika qüvvələri tərəfindən İrana "tammiqyaslı hücum"u nəzərdə tutmur. Əməliyyat, böpyük ehtimalla, "xüsusi təyinatlı qüvvələr və ənənəvi quru qüvvələrinin iştirakı ilə kiçikmiqyaslı hücumu" əhatə edəcək. Mənbələrə görə, bu əməliyyatların məqsədi İranın Xarq adasını ələ keçirmək və ya Hörmüz boğazı yaxınlığındakı sahil ərazilərində silahları məhv etmək ola bilər. Bir mənbə bu tapşırıqların "bir neçə ay" çəkəcəyini etiraf edib.

Məqalədə vurğulanır ki, "Trampın Pentaqonun hər hansı bir planını təsdiq edib-etməyəcəyi hələ də məlum deyil". Nəşr qeyd edir ki, quru əməliyyatı baş tutarsa, Amerika qüvvələri "raket və pilotsuz təyyarələr də daxil olmaqla müxtəlif təhdidlərə məruz qalacaq".

Ağ Evin mətbuat katibi Kerolin Livitt nəşrə şərh verərkən bildirib ki, "Pentaqonun missiyası baş komandanın maksimum hərəkət azadlığına malik olmasını təmin etmək üçün hazırlıq görməkdir": "Bu, prezidentin qərar verdiyi anlamına gəlmir".
  • Sosial şəbəkədə paylaş