Hörmüzdə 3 min gəmi yığılıb

İran ətrafındakı münaqişə səbəbindən Hörmüz boğazında üç min gəmi yığılıb, keçid verilməsini gözləyir.

Bu barədə “Radio-1” radiostansiyası Dubay limanında çalışan nəqliyyat şirkətlərinin nümayəndələrinə istinadla məlumat yayıb.

Radiostansiyanın məlumatına görə, nəqliyyat şirkətləri Ərəbistan yarımadasından keçən dəniz hissələrini quru hissələri ilə birləşdirərək marşrutları yenidən qurmağa məcburdurlar. Bu, daşınma xərclərinin 200%-dən çox artmasına və çatdırılma müddətinin üç dəfə artmasına səbəb olur.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Hörmüz boğazını açmaq üçün İranı nə qədər hədələsə də, islam respublikası israrla bunu etmir. Gəmilər isə boğaz ətrafında yığılmaqda davam edir.
  • Sosial şəbəkədə paylaş