ÜST-ün İran ofisi hücuma məruz qaldı

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) İranın paytaxtında yerləşən ofisi şəhərə edilən hücumlar nəticəsində zərbələrə məruz qalıb, ofiain bütün pəncərələri sındırılıb, lakim əməkdaşlar xəsarət almayıb.

Bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib. “Son iki gecədə ÜST-nin İranın paytaxtı Tehrandakı ofisinin ətrafına hücumlar olub, pəncərələri sındırıb. Xoşbəxtlikdən ÜST-nin İrandakı ofisinin bütün əməkdaşları təhlükəsizdirlər və heç kim xəsarət almayıb”, - o sosial şəbəkədə yazlb.

Qebreyesus, ÜST və BMT-nin digər agentliklərinin yerlərinin yaxşı məlum olduğunu nəzərə alaraq, bu cür hücumların “qəbuledilməz olduğunu və nəyin bahasına olursa-olsun qarşısı alınmalı” olduğunu vurğulayıb.
  • Sosial şəbəkədə paylaş