Ukrayna prezidenti Volodimir Zelenski rəsmi Kiyevin Pasxa bayramı dövründə mümkün atəşkəslə bağlı ABŞ-yə sorğu göndərdiyini bəyan edib.
Dövlət başçısı amerikalı tərəfdaşların bu təşəbbüsü Rusiya tərəfinə ötürüb-ötürə bilməyəcəyinin hələlik qeyri-müəyyən olduğunu bildirib.
"Mediada Rusiyanın buna guya hazır olmadığına dair xəbərlər gördük. Lakin bu cavabın nə dərəcədə ciddi olduğu hələ məlum deyil. Bizim Pasxa bayramında atəşkəs elan olunması ilə bağlı təklifimiz qüvvədə qalır", - deyə Zelenski vurğulayıb.
Qeyd edək ki, Ukrayna tərəfi bu addımı humanitar məqsədlər və müqəddəs bayram günlərində gərginliyin azaldılması naminə atdığını bəyan edib.