Bu gün səhər saatlarında İranda vurulan ABŞ-yə məxsus F-15 qırıcı təyyarəsinin pilotunun İran ordusu tərəfindən əsir götürüldüyü bildirilib.
KİV xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalı məlumat yayıb.
Məlumata görə, qırıcı vurulduqdan sonra pilot katapult edərək paraşütlə eniş edib və daha sonra İran ordusu tərəfindən ələ keçirilib.
Eyni zamanda, İran mediasında ABŞ-nin pilotu axtardığı bildirilən helikopter və qırıcı təyyarələrinin görüntüləri paylaşılıb.
Qeyd edək ki, bu gün İran mediası SEPAH-ın mətbuat xidmətinə istinadən ABŞ-yə məxsus F-35 qırıcı təyyarəsinin İranın mərkəzi bölgələri üzərində vurulduğunu açıqlayıb. Həmin məlumatda pilotun taleyi barədə heç bir açıqlama verilməmişdi.