İran Kuveyti vurur

İranın pilotsuz uçuş aparatları (PUA) Küveytin kritik infrastrukturuna qarşı genişmiqyaslı və dağıdıcı hücum həyata keçirib.

Bu gün sübh saatlarında baş verən hücum nəticəsində ölkənin Neft Nazirliyi, elektrik stansiyaları və strateji neft kompleksi hədəf alınıb. Küveyt rəsmiləri hadisəni "İranın amansız təcavüzü" adlandıraraq, hava hücumundan müdafiə sistemlərinin onlarla raket və dronu zərərsizləşdirdiyini bildiriblər.
  • Sosial şəbəkədə paylaş